Liviyadakı sel fəlakətində 4 mindən çox insan həyatını itirib

liviyadaki-sel-felaketinde-4-minden-cox-insan-heyatini-itirib
Oxunma sayı: 1650

Sentyabrın 10-da Liviyanın şərqində baş verən sel fəlakəti nəticəsində 4 min 255 nəfər həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) daşqın fəlakətinin baş verdiyi Liviya ilə bağlı yeni hesabat dərc edib.

Məlumata görə, 250 min insan daşqından zərər çəkib, 40 min insan isə ölkə daxilində didərgin düşüb.

Qeyd edək ki, Mərkəzi Aralıq dənizində təsirli olan "Daniel fırtınası" sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.