Londonda Assanca dəstək aksiyası - Video

londonda-assanca-destek-aksiyasi
Oxunma sayı: 1263

Bu gün ikigünlük ekstradisiya dinləmələrinə başlayan London Ali Məhkəməsi qarşısında “WikiLeaks” portalının qurucusu Culian Assanca dəstək aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Xatırladaq ki, Assanc 2019-cu ildən Londondakı Belmarş həbsxanasında saxlanılır. Belə ki, 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən, ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edən Culian Assanc, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.

O, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı Səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Assancı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanca qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Onu ABŞ ərazisində 175 il həbs cəzası gözləyir.

Böyük Britaniyanın xarici işlər naziri Priti Patel iyunun 17-si Culian Assancın ABŞ-yə ekstradisiya olunmasını təsdiq edib.