Londonda kirayə qalan prezident oğlu - - Göz həkimi Bəşər Əsəd

londonda-kiraye-qalan-prezident-oglu-
Oxunma sayı: 4390


Suriya lideri Bəşər Əsədin Londonda təhsil alarkən müəllimi olan göz həkimi onun barəsində bilinməyən faktlar açıqlayıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1992-ci ildə 18 ay müddətində göz cərrahiyəsi fakültəsində Əsədə dərs keçən Cənubi Afrika əsilli həkim Edmund Schulenburg Suriya prezidentinin heç bir zaman liderlik xarakterə malik olmadığını bildirib:

“O, çox kübar, amma gücsüz idi. Məncə həkim olaraq qalmalı idi. 1994-cü ildə ölkəsinin gələcək lideri olmaq üçün Londonu tərk edərkən Bəşərə baxıb “bu uşaq həkim olaraq qalsa daha yaxşı olacaq” deyə düşündüyümü xatırlayıram. O, həssas, dəqiq və ifrat dərəcədə kübar gənc idi. Çox təvazokar idi. Suriyadakı həyatından və ailəsindən heç bəhs etməz, ancaq sual veriləndə də dürüst cavab verərdi”. 

İngilis cərrah əsədin Londonda kirayə qaldığını və prezident oğlu olmasını düşündürəcək heç bir hərəkət etmədiyini bildirib. Bundan başqa, gənc Əsədin Phill Collins ve Whitney Houstonu dinləməyi sevdiyini, texnologiyaya böyük maraq göstərdiyini əlavə edib:

“İndi mətbuatda bəhs edilən şəxsin tanıdığım həkim Bəşər olduğuna inana bilmirəm. O, əsla kimyəvi silahdan istifadə etməzdi. Hazırki rejimdə başqa insanlar bu qərarı verə bilər”.