“Lotu Quli” beynəlxalq axtarışa verildi

lotu-quli-beynelxalq-axtarisa-verildi
Oxunma sayı: 9403

Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi “Lotu Quli” kimi tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovu beynəlxalq axtarışa verib.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından “Rosbalt” agentliyinə verilən məlumata görə, “Lotu Quli” Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir.

Qeyd olunur ki, o, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.

“İstintaq materiallarına 210-cu maddə (cinayət təşkilatının yaradılması) da əlavə olunacaq”, - deyə mənbə bildirib.