İranda xariclə əlaqəli daha 6 nəfər həbs edildi

iranda-xaricle-elaqeli-daha-6-nefer-hebs-edildi
Oxunma sayı: 465

İranın Kəşfiyyat Nazirliyi İsraillə əlaqəli separatçı terror qruplaşmasının başçısı olduğu iddia edilən şəxsi saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.

Sözügedən şəxsin başçılıq etdiyi qruplaşmanın ölkənin Xuzestan ostanı ərazisində çoxsaylı sui-qəsdlər həyata keçirdiyi, partlayıcı maddələr yerləşdirdiyi iddia olunur.

İranın cənubundakı Hörmözqan ostasında isə beş nəfər “düşmən xarici mətbuat orqanları ilə” əlaqə yaratmaq ittihamı ilə saxlanılıb. Onlardan 3 nəfərin kişi, 2 nəfərin qadın olduğu bildirilir.