LPO “Muğanbank”ın kredit ödənişi və tələblərin qeydiyyata alınması barədə - Məlumat

lpo-muganbankin-kredit-odenisi-ve-teleblerin-qeydiyyata-alinmasi-barede
Oxunma sayı: 3603

Ləğv prosesində olan “Muğanbank” ASC-nin kredit ödənişi və tələblərin qeydiyyata alınması barədə məlumat açıqlanıb.

ƏSF-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Muğanbank” ASC-nin müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

1. Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https: million.az veb saytı vasitəsilə;

2. Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

3. Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün LPO “Muğanbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri