ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Azadlıq radiosu”nun erməni xidməti yayıb.
ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən yayılan məlumata görə, Lui Bono İrəvanda keçirəcəyi danışıqlarda ABŞ-nin sülh danışıqları prosesinə dəstəyini müzakirə edəcək.