Lukaşenkodan Lapşinin Azərbaycana verilməsi ilə bağlı - Açıqlama

lukasenkodan-lapsinin-azerbaycana-verilmesi-ile-bagli
Oxunma sayı: 4724

“Belarusun bloqqer Aleksandr Lapşini Azərbaycana verməməsi üçün heç bir səbəbi yoxdur”.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə ictimaiyyət nümayəndələri və jurnalistlərlə görüşü zamanı bildirib.

Prezident Rusiya və İsrail vətəndaşlığı olan bloqqerin Azərbaycana təhvil verilməsi məsələsinin təmamilə qanuni olduğunu və bunun üçün məhkəmə qərarına tez zamanda riayət olunmağını tələb edib: “Onu lazım olan yerə çoxdan göndərmək lazım idi. Mən hətta sizə tapşırmışdım ki, bloqqeri qanuna uyğun göndərin. Qanuna görə belədir: “Rusiyalılar onu istəyir? Xeyr. İsraillilər istəyir? Xeyr. Azərbaycan bizə deyil, İnterpola müraciət edib. Biz İnterpolun qərarına əsasən, onu saxladıq və bütün qanunlara əsasən, onu Azərbaycana da təhvil verməliyik. Belarusun Lapşini Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur”.

Lukaşenko həmçinin bildirib ki, İsrail-Azərbaycan-Rusiya arasında razılıq olsa, Belarus da bu qərara uyğun addım atacaq.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. O, Belarusda saxlanılıb.