Lukaşenkoya qarşı sanksiya tətbiq etdi

lukasenkoya-qarsi-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1462

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkoya qarşı sanksiyaların tətbiq edilməsi barədə Fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədin mətni Ukrayna dövlət başçısı ofisinin saytında dərc edilib.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 2026-cı il 18 fevral tarixli “Fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında” qərarı qüvvəyə minsin”, - Fərmanda deyilir.

Sənədə əlavədə sanksiyaların Lukaşenkoya qarşı tətbiq edildiyi qeyd olunub.

V.Zelenski məsələ ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək yazıb:

“Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketini tətbiq etdi. Biz onun ukraynalıların öldürülməsinə hər cür köməyinə qarşı mübarizəni əhəmiyyətli dərəcədə gücləndiririk. Bunun qlobal təsirinin olması üçün tərəfdaşlarımızla işləyəcəyik. Bölgələrimizdəki enerji obyektlərinə və dəmir yollarına zərbələrin bir hissəsini ruslar Belarusun köməyi olmadan endirə bilməzdilər”.