Madonna xəstəxanalıq olduqdan sonra ilk dəfə görüntüləndi - Video

madonna-xestexanaliq-olduqdan-sonra-ilk-defe-goruntulendi
Oxunma sayı: 2142

Bir müddət əvvəl xəstəxanalıq olan dünyaşöhrətli müğənni Madonna ilk dəfə görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi Nyu-Yorkda gəzintiyə çıxıb.

Onun görüntülərini aparıcı Loren Konlin TikTok səhifəsində paylaşıb.

Aparıcının sözlərinə görə, Madonna əla görünür.

Xatırladaq ki, iyunun sonlarında evində huşsuz vəziyyətdə tapılan Madonna reanimasiyaya yerləşdirilmişdi. Ona bakterial infeksiya diaqnozu qoyulmuşdu. Müğənni daha sonra evə buraxılmışdı.