“Venesuela ABŞ-nin hərbi təcavüzünə məruz qalıb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuela xarici işlər naziri İvan Gil Pinto deyib.
Pinto həmçinin qeyd edib ki, ABŞ Karakasda mülki və hərbi obyektlərə hücum edib.
O vurğulayıb ki, Prezident Nikolas Maduro ölkəsinə hücumla əlaqədar fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.
“Venesuela öz xalqını və müstəqilliyini qorumaq üçün qanuni özünümüdafiə hüququnu saxlayır”, - XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.
Onu da qeyd edək ki, “CBS News” ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini yazıb.
Son xəbərlər
Son Xəbərlər