Mahaçqalada yaşayış binasında və mağazada güclü partlayış - Videolar - Yenilənib

mahacqalada-yasayis-binasinda-ve-magazada-guclu-partlayis
Oxunma sayı: 1596

Mahaçqalada çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ilkin ehtimala görə hadisəyə səbəb qazın partlaması olub.

Partlayış nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan qadının vəziyyəti ağır, kişinin vəziyyəti isə orta ağırdır.

Həmçinin hadisə nəticəsində yaşayış binasının şüşələri sınıb və park edilmiş 50-yə yaxın avtomobil qismən zədələnib.

***

Mahaçqalanın İmam Şamil prospektində yerləşən mobil telefon mağazasında da partlayış olub.

Partlayışdan sonra yanğının baş verdiyi əraziyə 25 xilasedici və 7 texnika cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Vişnevski adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəyə səbəb yeraltı qaz kəmərindəki sızma olub .