Mahir Emreli Almaniya klubuna keçib

mahir-emreli-almaniya-klubuna-kecib
Oxunma sayı: 8445

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Nürnberq” klubu ilə anlaşıb.

İkinci Bundesliqa təmsilçisinin tezliklə azərbaycanlı forvardın transferini açıqlayacağı bildirilib.

İddiaya görə, komandanın baş məşqçisi Miroslav Kloze futbolçu ilə şəxsən maraqlanıb və onun transfer olunmasını özü istəyib.

Qeyd edək ki, Mahir Emreli son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edib.