Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Makron Ərdoğanı prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.
Fransa Prezidenti seçki nəticələrinin türk xalqı üçün faydalı olmasını arzulayıb.
Görüşdə Türkiyə-Fransa münasibətləri və regional məsələlər də müzakirə edilib.