MakSim təcili xəstəxanaya yerləşdirilib

maksim-tecili-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 2877

Tanınmış rusiyalı müğənni MakSim təcili xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə ifaçı özü bildirib.

“Səhnədə 39 dərəcə hərarətlə çıxış edirdim. Sonra mənim vəziyyətim pisləşməyə başladı, hərarətim düşmürdü, yenidən həkim çağırdım və məni klinikaya apardılar. Ağciyərlərimin 40%-dən çoxu zədələnib, həkimlər deyir ki, pnevmoniyadır”, - Maksim öz bloqunda yazıb.

O, koronavirus testinin neqativ nəticə verdiyini əlavə edib. 

Xatırladaq ki, müğənni iki il əvvəl ağır qəza keçirib və uzun müddət müalicə alıb.