Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı

maliyye-nazirliyinin-kollegiyasinin-terkibinde-deyisiklik
Oxunma sayı: 2400

Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiqlənib.

Kollegiyanın sədri maliyyə naziri.

Kollegiyanın üzvləri:

- Azərbaycan maliyyə nazirinin birinci müavini;

-  Azərbaycan maliyyə nazirinin müavinləri;

- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri;

- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbəri;

- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri;

- Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi;

- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru;

- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru;

- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.