“MarkARating” şirkətinin açılışı oldu - Fotolar

markarating-sirketinin-acilisi-oldu
Oxunma sayı: 3658

Ötən gün Bakıda “MarkARating” şirkətinin rəsmi açılışı olub. 

“Qafqazinfo” xəbər verir ki, artıq 9 ildir fəaliyyət göstərən şirkət həm də “ZER Group” MMC-nin tərkibinə keçməsini qeyd edib.

Şirkətin direktoru Könül Kazımova bildirib ki, onlar SMM fəaliyyəti ilə yanaşı təşkilatçılıqla da məşğul olurlar. Eyni zamanda “MarkARating” şirkətlərin düzgün marketinq strategiyasını qurulmasına dəstək olur. Hazırda 20 əməkdaşı olan şirkət bir çox sənətçilərlə də əməkdaşlıq edir: “Tanınmış müğənnilərin konsertlərinin, şou-proqramların, qala gecələrinin təşkilatçılığını həyata keçiririk. Nəinki Azərbaycanın tanınmış müğənnilərinin konsertlərini, həmçinin Türkiyənin və Avropanın məşhur müğənnilərinin ölkəmizə dəvət edilməsini, tədbirlərdə, şou-proqramlarda çıxışlarını təşkil edirik. Bununla bağlı da bizə müraciət edə bilərlər”.

Könül Kazımova onu da bildirib ki, rəhbərlik etdiyi şirkətin açıldığı ilk illərdə ölkədə bu sahəyə maraq o qədər də güclü deyildi: “İndi SMM və marketinq fəaliyyətinə maraq çox böyükdür. 9 il əvvəl nadir insanlar vardı ki, bizə müraciət edirdilər. Lakin bu gün istənilən şirkət açılışdan əvvəl marketinqini düşünür”. 

Qeyd edək ki, “Markarating” SMM və Digital marketinglə yanaşı, konsertlərin, özəl tədbirlərin və böyük müəssisələrin açılışlarının da təşkilatçılığı ilə məşğul olur. Restoranlar, klinikalar, tikinti şirkətləri, otel və turizm sferası, istehsalat sahələri və geyim mağazaları ilə əməkdaşlıq ədərək, bütün reklam işlərini tam şəkildə öz üzərinə götürür. Şirkət istənilən növ biznesin inkişafına, zəyifləmiş biznesin yüksəlməsinə və satışına dəstək verərək, kreativ reklamların sayəsində daha çox müştəri cəlb etməyini təmin etməkdədir. Bütün bu tanıtımlar təkcə sosial media üzərindən aparılmır. “Markarating” telekanallar və sinemalarla da əməkdaşlıq edərək, tanıtımları bu istiqamətdə də uğurla aparılır.