Xəbər verdiyimiz kimi, ötən gün Samux rayonunda fəhlələri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
“Qafqazinfo”nun məlumatına görə, qəza nəticəsində ölən Vüqar Əsgərovun qardaşı İsa Əsgərov Baku TV-yə danışıb.
O bildirib ki, qardaşı Şəmkirdə günü 15 manata fəhləlik edirmiş: “1 aya yaxın idi hər gün işə gedirdilər. Saat 7-yə qalmış zəng etdilər ki, qəza olub, tez özünü yetir. Getdim, amma gec idi. Qardaşım yeni evlənmişdi, martda uşağı olacaqdı, sevinclə onu gözləyirdi”.
Qəza nəticəsində zərərçəkən Məharət Zülfqarov da qeyd edib ki, V. Əsgərov mikroavtobusun altında qalıb: “Həmin vaxt mən yatmışdım. Ayıldım ki, yumarlanmışıq. Özümdə deyildim, telefonun işığını yandırdım, baxdım ki, rəhmətlik mikroavtobusun altına düşüb. O, qapının arasında sıxılmış vəziyyətdə qalmışdı”.
Xatırladaq ki, hadisə nəticəsində daha 3 nəfər qadın da xəsarət alıb.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər