Martdan reyestrdən keçməyən jurnalistlər tədbirlərə buraxılmayacaq? - Rəsmi cavab

martdan-reyestrden-kecmeyen-jurnalistler-tedbirlere-buraxilmayacaq
Oxunma sayı: 1664

Bu ilin mart ayından etibarən Media Reyestrində qeydiyyatdan keçməyən jurnalistlərin tədbirlərə buraxılmayacağı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, reyestrdən keçib vəsiqə almayanlar rəsmi tədbirlərdə iştirak edə bilməyəcək. 

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Medianın İnkişafı Agentliyinə müraciət edib. 

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, jurnalistlərin reyestrə daxil edilməsi könüllü xarakter daşıyır: “Bununla bağlı hər hansı vaxt məhdudiyyəti yoxdur. Jurnalistlərin Media Reyestrinə daxil edilməsi tamamilə könüllü xarakter daşıyır. Onlar reyestrə daxil edilməsələr belə heç bir maneə, heç bir məhdudiyyət olmadan da öz fəaliyyətlərinə davam edə bilərlər”. 

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi bu günlərdə Azərbaycanda Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyektinin müraciət etdiyini açıqlayıb. Müraciət edən subyektlərdən 160-a yaxını, həmçinin 180-ə yaxın jurnalist Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.

Gülnar Əliyeva