Martın ilk günü Gədəbəyə qar yağır - Video

martin-ilk-gunu-gedebeye-qar-yagir
Oxunma sayı: 3380

Bu gün səhər saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağmağa başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, yağıntı nəticəsində rayon mərkəzində, həmçinin Şəmkir-Gədəbəy avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaranıb.

Hazırda davam edən qarlı hava vətəndaşlar üçün də müəyyən kommunal problemlər yaradıb. 

Elmar Əli