Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada yaralanan "Mercedes" markalı avtomobilin sürücüsü Kamal Təhməzov Yardımlı rayonu üzrə təhsil sektorunun müdiridir.
Fotolar:Cənub.az







Son xəbərlər
Son Xəbərlər