Masallıda ev yandı - Video

masallida-ev-yandi
Oxunma sayı: 1397

Masallı rayonu, Birinci Səmədxanlı kəndində fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin iki otağı və mətbəxi 70 m² sahədə, mansardın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.