Masallıda xətkeş və fırça ilə rənglənən yolla bağlı - Açıqlama

masallida-xetkes-ve-firca-ile-renglenen-yolla-bagli
Oxunma sayı: 6547

Masallı rayonunun Boradigah qəsəbəsinin Mollaoba kəndində məktəbin qarşısındakı piyada zolağının xətkeş və fırça ilə rənglənməsini əks etdirən foto yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin feysbuk hesabında paylaşılan fotoda zolağın xüsusi texnika ilə deyil, əllə rəngləndiyi görünür. 
Piyada zolağının rənglənmə üsulu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yolun təmirinə lazımi vəsait ayrılmaması, əl əməyindən istifadə olunması tənqid olunub. Tənqid və müzakirələrə səbəb olan foto sonradan icra hakimiyyətinin səhifəsindən silinib. 

Məsələ ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, rəngləmə işi icra hakimiyyəti tərəfindən deyil, kənd sakinləri tərəfindən həyata keçirilib: “Piyada zolağının rənglənməsi ilə bağlı DİN-in “Siqnal” İdarəsinə müraciət olunmuşdu, onlar gəlib həmin ərazidə rəngləmə işləri aparacaqdılar. Lakin vətəndaşlar tələsiblər və özləri bu işləri həyata keçiriblər. Biz də görülən işlə bağlı paylaşım etmişdik. Adətən, həmişə rayon ərazisində yollar texnika ilə rənglənir”.

****

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev "Qafqazinfo"ya bildirib ki, respublikanın şəhər və rayonlarında meteoroloji şərait nəzərə alınmaqla, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpasını mərhələli şəkildə həyata keçirilir:

"Bəzi kənd sakinləri tərəfindən məktəb ətrafında olan piyada zolağını yenidən rəngləməyə çalışsalar da, bu məlumat BDYPİ-nin “Siqnal” İdarəsinə daxil olan kimi dərhal əraziyə mütəxəssislər cəlb olunub və onların iştirakı ilə silinmiş nişanlanma xətləri yenidən boyanıb. Bildirmək istəyirəm ki, sakinlər tərəfindən hər hansı nöqsan və çatışmazlıq aşkar edildiyi halda  aidiyyəti üzrə müraciət etmələri məqsədəmüvafiqdir".

Həmçinin oxuyun: Победители второго конкурса Yüksəliş побывали в Kapital Bank