Abşeron rayonunun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb.
Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.