Maşın bulağa çırpıldı - Ölən və yaralanan var

masin-bulaga-cirpildi
Oxunma sayı: 1887

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Rüstəm Qəribovun idarə etdiyi “Qaz 3110” markalı avtomobil Mehdiabad-Fatmayı yolunda idarəetmədən çıxaraq yol kənarındakı ağaca və daşdan hazırlanmış bulağa çırpılıb.

Nəticədə sərnişinlər –Dərgahov Dərgah Akif oğlu, İbrahimov Hüseyn Vüqar oğlu və Məmmədzadə Ramil Zamin oğlu xəsarətlər alıb, sürücü R.Qəribov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.