Maşın kanala aşdı, iki nəfər boğuldu - Yenilənib

masin-kanala-asdi-iki-nefer-boguldu
Oxunma sayı: 2384

Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ötən gün rayonunun Əliləmbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini R.Penciyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili su kanalına aşırıb. Nəticədə onun sərnişinləri N.Penciyev və V.Yaqubov suda boğularaq ölüblər.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. 

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə​, Əliləmbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin su kanalına aşması nəticəsində vəfat edən şəxslər rayonun Bala Həşimxanlı kəndinin sakinləri olub.

Belə ki, ilkin araşdırmalar nəticəsində həmin şəxslərin qohum və qəza zamanı sərxoş vəziyyətdə olmaları bəlli olub.

Məlumata görə, Rasim Penciyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şirvan şəhərindən Bala Həşimxanlı kəndinə qayıdarkən qəzaya düşüblər. Şirvanda yeyib-içən dostlar avtomobillə hərəkətdə olarkən körpünün yaxınlığında qəzaya uğrayıblar. Nəticədə, yoldan çıxaraq kanala aşan maşındakı sərnişinlər: 1991-ci il təvəllüdlü Namiq Pencizadə və 1988-ci ildə anadan olmuş Vüsal Yaqubov suda boğularaq ölüb. Sürücü isə sınan şüşədən çıxaraq xilas olmağı bacarıb.

N.Pencizadə evli və 2 azyaşlı uşaq atası, V.Yaqubov isə subay olub.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü Rasim Penciyev saxlanılıb.