Maşın nömrəsi almaq istəyən şəxsi aldatdılar

masin-nomresi-almaq-isteyen-sexsi-aldatdilar
Oxunma sayı: 2033


“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, 9-cu Polis Bölməsinə müraciət edən 1972-ci il təvəllüdlü Alxan Məmmədov bildirib ki, tanışı, 1983-cü il təvəllüdlü Asiman Baxışova 700 manat verib. A.Məmmədov pulu mayın 16-da Neftçilər prospekti 2 ünvanının qarşısında verdiyini, məqsədinin isə “zerkalni” avtomobil nömrəsi almaq olduğunu qeyd edib. Lakin A.Baxışov verdiyi sözə əməl etməyib və vəd etdiyi nömrəni sifarişçiyə verməyib.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.