Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1976-cı il təvəllüdlü Elsevər Allahverdiyev sükanı arxasında olduğu “Wolkswagen” markalı avtomobilin idarəetməsini itirərək öncə hasara, daha sonra isə yaxınlıqdakı şüşə sexinə çırpıb.
Hadisə Zülfü Hacıyev və Abbas Səhhət küçələrinin kəsişməsində qeydə alınıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər