Maşını partladılan icra başçısının son vəziyyəti - Video + Yenilənib

masini-partladilan-icra-bascisinin-son-veziyyeti
Oxunma sayı: 7061

Rusiyanın Voronej əyalətinin Ramon rayonunun rəhbəri Nikolay Frolovun avtomobili partladılıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən verdiyi xəbərə görə, hadisə icra başçısı “Kia-Sorento” markalı avtomobilin qapısını açanda baş verib. Nəticədə, 43 yaşlı Frolov ağır xəsarət alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyirlər. 

İlkin məlumata görə, Frolova qarşı sui-qəsd cəhdi onun peşəkar fəaliyyəti ilə bağlı ola bilər.

Faktla bağlı cinayət işi açılıb.

**

Voronej vilayəti hökümətinin mətbuat xidməti Nikolay Frolovun həyati təhlükəsi olmadığını bildirib.

"Qafqazinfo"nun məlumatına görə, tibb müəssələrinin birində onun müalicəsi davam etdirilir.