Maşınında meyiti tapıldı - Foto

masininda-meyiti-tapildi
Oxunma sayı: 4982

Bakıda 54 yaşlı kişi avtomobilində vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Yunis Əhməd oğlu Fərəcoun meyiti “Mercedes” markalı 10-NZ-101 dövlət qeydiyyat nömrəli avtomobildə aşkar edilib. Onun ürək çatışmazlığından vəfat etməsi məlum olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.