Maşınını “KamAZ”a çırpdı, öldü

masinini-kamaza-cirpdi-oldu
Oxunma sayı: 1643

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 28-də saat 22 radələrində qeydə alınıb. 

Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.