“MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışı Azərbaycana həsr edilib.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı “MasterChef Türkiye”nin instaqram hesabında video paylaşılıb.
Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.
Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar təqdim olunur.