Matç zamanı 19 futbolçu koronavirusa yoluxdu

matc-zamani-19-futbolcu-koronavirusa-yoluxdu
Oxunma sayı: 2254

Bolqarıstan futbol çempionatının matçı zamanı həkimlərin səhvi ucbatından futbolçular arasında koronavirusa kütləvi yoluxma baş verib.

"Qafqazinfo" "Sportstar"a istinadən xəbər verir ki, hadisə iyulun 2-də ev sahibi Tsarsko Selo və Çerno More (1: 4) oyununda  baş verib. Mənbənin verdiyi məlumata görə, meydan sahiblərinin müdafiəçisi Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ nəticələnib və o oyuna start heyətdə başlayıb.

Matçdan sonra Tsarskoe Selo klubunun 3 oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanıb. Çyornoe More klubu isə oyunçuların arasında 16 nəfərin yoluxduğunu bildirib.

Kavdanskini testdən keçirən laboratoriya əməkdaşları səhv etdiklərini etiraf ediblər.