Mbappenin transferi bu tarixdə elan ediləcək

mbappenin-transferi-bu-tarixde-elan-edilecek
Oxunma sayı: 3600

“Real Madrid” PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappenin transferinin vaxtını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatı başlamazdan əvvəl Mbappe ilə müqavilə imzalandığı rəsmən elan ediləcək.

Qeyd edək ki, Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.