“McDonalds” Rusiyada fəaliyyətini yeni adla davam etdirəcək - Yenilənib

mcdonalds-rusiyada-fealiyyetini-yeni-adla-davam-etdirecek
Oxunma sayı: 3949

Amerikanın “McDonalds” restoranlar şəbəkəsi Rusiya bazarını tərk etmək qərarına gəlib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.

“Ölkədə 30 ildən çox davam edən fəaliyyətdən sonra McDonald's Rusiya bazarını tərk etdiyini və Rusiya biznesini satmağa başladığını elan edib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyata başladıqdan sonra bir neçə xarici şirkət kimi, “McDonalds” da mart ayının əvvəlində Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağladığını bəyan etmişdi. Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.

***

Şirkətdə olan bir mənbənin “TASS”a verdiyi məlumata görə, “McDonald's” şirkətinin restoranları iyun ayının ortalarında Rusiyada yeni brend adı altında yenidən açılacaq. Bildirilir ki, bu zaman əvvəlki iş yerləri, tədarükçülərin əksəriyyəti, restoranlar şəbəkəsi və menyu saxlanılacaq.