“McDonalds” Rusiyadakı 850 restoranını bağlayır - Yenilənib

mcdonalds-rusiyadaki-850-restoranini-baglayir
Oxunma sayı: 3894

“McDonalds” Rusiyada yerləşən bütün restoranlarını müvəqqəti olaraq bağlayır.

“Qafqazinfo” “Washington post”a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin baş icraçı direktoru - prezidenti Kris Kempçinski açıqlayıb.

Burada söhbət şirkətin Rusiyada fəaliyyət göstərən ümumilikdə 850 restoranından gedir.

Bildirilir ki, şirkətin Rusiyada 62 000 əməkdaşı var və “McDonalds” sözügedən şəxslərə bu müddət ərzində əməkhaqqı ödəməyə davam edəcək.

Kempçinskinin sözlərinə görə, hazırda restoranların bağlanması düzgün qərardır.

***

“RİA Novosti”nin məlumatına görə, bu gün Bakı vaxtı ilə 10:00-da Moskvanın mərkəzində “McDonalds” şəbəkəsinin restoranının fəaliyyətini davam etdirdiyi görülüb. Sözügedən restoran Moskvada “Dobrıninskaya” metro stansiyasının yaxınlığında yerləşir.