“MDB İrəvanla Bakının səylərini dəstəkləyir”

mdb-irevanla-bakinin-seylerini-destekleyir
Oxunma sayı: 1558

“MDB ölkələri Cənubi Qafqazda sülhün bəqərar olmasında maraqlıdırlar və Ermənistanla Azərbaycanın səylərini dəstəkləyirlər”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev deyib. 

Onun sözlərinə görə, MDB ölkələri İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına dair bəyanatlar uğurla nəticələnərsə bundan şad olar. 

Lebedev, həmçinin qeyd edib ki, MDB dövlət başçılarının iclaslarında iki ölkə arasında münasibətlərin nizamlanması məsələsi müzakirə edilir.