Məhəmməd Kekalov vəkilindən imtina etdi

mehemmed-kekalov-vekilinden-imtina-etdi
Oxunma sayı: 4664

İki gün əvvəl direktoru və baş redaktoru həbs edilən “Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov da cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, o, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə dindirilir.

M.Kekalov vəkili Rövşanə Rəhimlinin xidmətlərindən imtina edib. Bu barədə vəkil özü açıqlama verib. O bildirib ki, Kekalov vəkili ilə əlaqə saxlayaraq ondan imtina etdiyini deyib. Xanım vəkilin sözlərinə görə, daha sonra keçmiş müvəkkili bu qərarını görüşdə də təsdiqləyib, dövlət hesabına vəkillə təmin edildiyini bildirib: “Mən ona hüquqlarını izah etdim, müdafiəsinə bir neçə vəkilin qoşula biləcəyini bildirsəm də, dedi ki, yox, ehtiyac yoxdur”. 

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.