Məhkəmə klipində narkotiki təbliğ edən reperi cərimələdi

Məhkəmə klipində narkotiki təbliğ edən reperi cərimələdi
Oxunma sayı: 1578

Moskvanın Zyuzinski məhkəməsi reper Elceyi (Aleksey Uzenyuk) klipində narkotik vasitələrin təbliğinə görə 100 min rubl cərimələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cümə günü TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə Uzenyuku Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 6.13-cü maddəsinin 1.1-ci hissəsinə (İnternetdən istifadə edərək narkotik vasitələrin, psixotrop maddələrin təbliğatına) uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilib.

Qərar qanuni qüvvəyə minməyib və ondan apellyasiya instansiyasında şikayət verilə bilər.

Təhlükəsiz İnternet Liqasının direktoru və Rusiya Federasiyası İctimai Palatasının üzvü Yekaterina Mizulinanın verdiyi məlumata görə, təşkilat Elceyin mahnılarında narkotikin açıq-aşkar təbliğatına görə iyun ayında Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Narkotiklərlə Mübarizə üzrə Moskva şöbəsinə müraciət edib.

Bundan əlavə, Rhymes Music leyblini Morqenştern və Elceyin mahnılarında narkotik təbliğatı ilə bağlı 1,5 milyon rubla qədər cərimə gözləyir.