Məhkəmə Maliyyə Palatasının qərarını rədd etdi

mehkeme-maliyye-palatasinin-qerarini-redd-etdi
Oxunma sayı: 5011

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MBNP-nin ərizəsinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia mümkün sayılmayıb. Bununla da, ASC-nin məcburi ləğvindən imtina edilib.

Palata qərardan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılıb və qərardad qüvvədə saxlanılıb. Növbəti dəfə MBNP-yə “yox” cavabı verilib.

Murad Əhməd