Mehmetçikdən anasını itirən uşağa sürpriz - Video

mehmetcikden-anasini-itiren-usaga-surpriz
Oxunma sayı: 2901

Türkiyədə zəlzələ baş verən bölgələrdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

"Qafqazinfo" "CNN"ə istinadən xəbər verir ki, bu işlərə cəlb edilən mehmetçiklərdən birinin davranışı duyğulu anlar yaşadıb. 

Belə ki, o, dağıntılar altında anasını itirən Ayşegül adlı 8 yaşlı qızın ad gününü kekslərin ortasına şam qoyaraq təbrik edib. 

Uşağın üzündə bəlkə də zəlzələdən sonra ilk gülüşə səbəb olan həmin təsirli görüntüləri təqdim edirik: