Mehriban Zəki ilə Dilarə Əliyevanın vəziyyəti açıqlandı - Yenilənib

mehriban-zeki-ile-dilare-eliyevanin-veziyyeti-aciqlandi
Oxunma sayı: 19732

TƏBİB tanınmış rejissor Oqtay Əliyevin düşdüyü qəza ilə bağlı açıqlama yayıb.

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

Məlumata görə, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

***

Mehriban Zəki və Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar. Bu barədə TƏBİB-dən məlumat verilib.

Belə ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. 

Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.