Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanıldı

mektebehazirliq-qruplarinda-mesgelelere-baslanildi
Oxunma sayı: 1179

Bu gündən etibarən 2023–2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib. 

Bu barədə “Qafqazinfo”ya Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, məktəbəhazırlıq qruplarının məqsədi beşyaşlı uşaqların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2023-cü ildə tamam olan uşaqlar qəbul edilirlər.