Ağstafada azyaşlını maşın vurub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Poylu kəndində baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2006-ci il təvəllüdlü Nəsib Orucovu vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib,vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
16 yaşlı N.Orucov xəstəxanada vəfat edib.
Elmar Əli