“Məlumatların daxil edilməsində heç bir maneə yoxdur”

melumatlarin-daxil-edilmesinde-hec-bir-manee-yoxdur
Oxunma sayı: 2247

“Hazırda YSK-nın məlumat girişində hər hansı bir axsama və ya gecikmə yoxdur. Məlumatlarımız da anında siyasi partiyalarla paylaşılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yüksək Seçki Qurumunun sədri Əhməd Yener bildirib.

“Məlum olduğu kimi, hazırda prezidentliyə namizədlərin sayı 4 nəfərdir. 24 siyasi partiya seçkilərdə iştirak edir. Dairə seçki komissiyalarına, rayon seçki komissiyalarından əyalət seçki şuralarına ötürülür və məlumatlar bu şəkildə sistemə daxil edilir. Hazırda ölkədəki səslərin 47,08 faizi və xaricdəki səslərin 12,60 faizi hesablanıb”, - YSK sədri bildirib.