“Mən elə söz deməmişəm” - Etiraz

men-ele-soz-dememisem-etiraz
Oxunma sayı: 754

Gültəkin Hacıbəylinin “Qafqazinfo”ya vediyi açıqlamda ziyalıların üçüncü forumunda çıxışı ilə bağlı verilən seçmələrdə fikirlərinin ciddi şəkildə təhrif olunduğunu deyib: “Mən çıxışımda bir neçə dəfə Ramiz Rövşənin “Mən inqilab istəmirəm” fikrinə açıq şəkildə dəstək versəm də, qəzet “Gültəkin Hacıbəyli Ramiz Rövşənin əks-inqilabçılığına qarşı” yarımbaşlığı ilə bunun əksini iddia etməklə, fikirlərimi tam təhrif edib. Mən çıxışımda “insanların ah-naləsi ərşə dirənib” ifadəsini, ümumiyyətlə, işlətməmişəm!”
Gültəkin Hacıbəyli bildirib ki, “Azadlıq” qəzetində dərc edilmiş yazı onlarla tanınmış ziyalının, media təmsilçisinin qarşısında etdiyim çıxışımın məzmununu, mahiyyətini və ruhunu təhrif etməklə yalnız ucuz sensasiya axtarışına xidmət edir: “Ötən illər ərzində korrupsiya, məhkəmə, təhsil, elm və s. problemlərlə bağlı bir müstəqil millət vəkili kimi səsləndirdiyim daha tənqidi fikirlər, nədənsə, qəzetiniz tərəfindən belə diqqətə layiq görülmürdü. Bir ziyalı kimi cəmiyyətdə baş verən istər müsbət, istərsə də mənfi proseslərə münasibətimi açıq şəkildə bildirməyi bundan sonra da davam etdirəcəyəm. Mən müstəqil insanam, nə hakimiyyəti, nə də müfalifəti təmsil etməmişəm və etmirəm. Lakin Forumdakı çıxışımda da qeyd etdiyim kimi, məndən müxalifətçı düzəltmək cəhdləri əbəsdir! Ən azı, kimsə, belə bayağı yollarla, məni buna məcbur edə bilməz!” – deyə o bildirib.
“Qeyd edək ki, “Azadlıq” qəzetində dərc edilmiş “Gültəkin Hacıbəyli hakimiyyəti ifşa etdi” yazısında aşağıdakı fikirlər yazılıb.

“Keçmiş deputat Gültəkin Hacıbəyli də çıxışında Azərbaycan cəmiyyətinin dialoqa ciddi ehtiyacı olduğunu vurğuladı. Fikrini də belə izah etdi ki, cəmiyyətdə hamını razı salan konsensus yoxdur. Keçmiş deputatın sözlərinə görə, dialoq da ilkin şərt irəli sürülmədən aparılmalıdır.
Çıxışında indiki və keçmiş dövlət başçılarının heç birinin adını çəkmədən, hökumətin bəzi müsbət addımlarını sadaladıqdan sonra Gültəkin Hacıbəyli kəskin tona keçdi. Ramiz Rövşənin “biz inqilab istəmirik” fikrinə istinad edən xanım Hacıbəyli dedi ki, inqilab istənilməsə belə, Yaxın Şərqdə baş verən hadisələrin, dəyişikliklərin, kataklizmlərin bizim sərhədlərimizə dirəndiyini də gözardı edərək, yaşamaq olmaz.
Eks-deputatın sözlərinə görə, Azərbaycanda elə ciddi problemlər var ki, onlara göz yummaq ziyalıya yaraşmaz: “Mən necə deyə bilərəm ki, Azərbaycanda korrupsiya ilə bağlı problem yoxdur? Azərbaycanda korrupsiya bataqlıq həddinə gəlib çıxmayıbmı? Hətta bu problem Azərbaycanı, az qala Dağlıq Qarabağ problemi qədər çətin vəziyyətə salıb. Əksər problemlərin kökündə məhz korrupsiya amili dayanır”.
Məhkəmələrdə baş verən ədalətsizliklər nəticəsində insanların ah-naləsinin ərşə dirəndiyini deyən Gültəkin Hacıbəyli Azərbaycanda məhkəmələrin, hətta “absurddan da betər” qərarlar verdiyini söylədi: “Britaniya parlamenti barədə zarafatla deyirlər ki, o, bircə, qadını kişiyə, kişini isə qadına çevirməyi bacarmır. Azərbaycan məhkəmələri isə bunu bacarır...””