Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 49-da yaşayan Mustafayev Sərdar Nurəddin oğlu konstision hüquqlarının pozulması ilə bağlı ölkə başçısına müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, adıçəkilən şəxs 1998-ci ildə özü, keçmiş Yanacaq Komitəsi sədrinin birinci müavini Rizvan Vahabovun qaynanası və Məmmədov Əlinin iştirakı ilə “Günəş İKF” adlı şirkət təsis edib:
“2004-cü ildə Rizvan Vahabov mənə dedi ki, arxamızda himayəçi olması üçün şirkəti yüksək vəzifəli bir məmura hədiyyə etməliyik. Ərizə yazıb təsisçilikdən çıxmağımı istədi. Mən də ərizə yazıb təsisçilikdən çıxdım.
2002-ci ildə özüm “Çəmbərəkənd MMC” adlı şirkət təsis etdim. 2002-2003-cü illərdə əmlakımı özəlləşdirdim. 2009-cu ildə mənim mənzilimi qarət ediblər. Mənzilimdən mənə məxsus zinət əşyaları ilə bərabər şirkətin orijinal sənədlərini də oğurlayıblar.
2013-cü ildə bu sənədlər Rizvan Vahabova məxsus yanacaqdoldurma məntəqəsinin sahibi Məmmədov Xanların ofisində tapılıb. Bu sənədlərdən istifadə edərək saxta ittimahla adıçəkilən şəxslər Səbael rayon Məhkəməsinə müraciət edib. Hüquq-mühafizə orqanları mənə qarşı dələduzluq maddəsi ilə ağır ittihamla, sifarişli cinayət işi açıb. Bundan əlavə, barəmdə həbs qətimkan tədbiri seçmək istəyiblər. Ancaq Səbael rayon Məhkəməsi həbs qətimkan tədbirindən imtina edib.
Daha sonra həmin şəxslər həbs qətimkan tədbirinin saxlanılması üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət etsələr də, adıçəkilən məhkəmə də həbs qətimkan tədbirindən imtina edib”.
S. Mustafayev vəziyyətlə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiyini qeyd edib:
“Müraciətlərimdə qeyd etmişəm ki, barəmdə açılmış saxta cinayət işinə xitam versinlər. Amma heç bir qurum araşdırma aparmır. Mən ölkə başçısından xahiş edirəm ki, konstision hüquqlarımı pozaraq mənə qarşı açılan cinayət işinin bağlanmasına və işin Səbael rayon polisindən alınaraq digər rayon polisindən birinə verilməsinə köməklik etsin”.
Son xəbərlər
Son Xəbərlər