Mərakeşdə daşqınlara görə 20 mindən çox sakin təxliyə edildi

merakesde-dasqinlara-gore-20-minden-cox-sakin-texliye-edildi
Oxunma sayı: 215

Mərakeşin El Ksar Əl Kebir şəhərinin 20 mindən çox sakini daşqın səbəbindən təxliyə edilib.

“Qafqazinfo” yerli “Le Matin” nəşrinə istinadən xəbər verir ki, bu haqda Laraçe əyalətinin fövqəladə hallar komissiyasının sözçüsü Əbdüləziz Əl Farqli məlumat yayıb.

Təxliyyə Kral Silahlı Qüvvələrinin, mülki müdafiə xidmətlərinin və yerli hakimiyyət orqanlarının dəstəyi ilə həyata keçirilib. Sakinlər müvəqqəti məskunlaşma mərkəzlərində yerləşdirilib. Xilasedicilər su səviyyəsinin yüksək olduğu ərazilərə daxil olmaq üçün ağır texnika və qayıqlardan istifadə ediblər.

Şəhərin bəzi yerlərində daha çox daşqınların qarşısını almaq üçün qum baryerləri qurulub.

Güclü yağışlar və çayların səviyyəsinin qalxması nəticəsində yaranan daşqınlardan ən çox El Ksar Əl Kebir şəhəri zərər çəkib.

Qeyd edək ki, yanvarın 30-da Mərakeş kralı VI Məhəmməd zərər çəkmiş sakinlərə kömək etmək üçün ölkənin silahlı qüvvələrinin yerləşdirilməsi barədə göstəriş verib.