Paytaxtın bu ərazilərində qaz olmayacaq

paytaxtin-bu-erazilerinde-qaz-olmayacaq
Oxunma sayı: 929

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Motodrom” qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və “Motodrom” ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.