Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində yaralananların adları açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Onlar 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızıdır.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.
Fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
“Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 1 qadın xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir”.
Son xəbərlər
Son Xəbərlər